ONN İnformasiya Agentliyi

Ermənistanda daha bir eks-nazirə ittiham elan olundu

Ermənistanda daha bir eks-nazirə ittiham elan olundu
17 Yanvar 2019 - 23:10

Ermənistanın keçmiş ekologiyanı müdafiə naziri Aram Arutyunyana qarşı cinayət işi qaldırılıb.

ONN media xəbər verir ki, eks-nazir külli miqdarda rüşvət almaqda və pulların yuyulmasında ittiham olunur. Məsələ ilə bağlı istintaq komitəsi də məlumat yayıb. Bildirilir ki, ciddi dəlil-sübutlar əsasında A.Arutyunyana ittiham elan olunub. Eks-nazir özünə yaxın adamın vasitəçiliyi ilə iri məbləğdə rüşvət alıb.

Məlumata görə, 2007-ci ildən etibarən, həmçinin ondan sonrakı fəaliyyəti dövründə Silve Ambartsumyana 10 xüsusi lisenziya verib, qarşılığında 14 milyon dollar rüşvət alıb. A.Arutyunyan isə bu vəsaitləri İsveçrədəki bank hesablarına köçürüb. Keçmiş nazir haqqında axtarış elan olunub.

İstintaq komitəsi İrəvan məhkəməsinə onunla bağlı həbs qətimkan tədbiri seçməklə bağlı təqdimat verib.(Musavat.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png