ONN MEDİA

Gürcüstanda azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir -YENİLƏNİB

Gürcüstanda azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir -YENİLƏNİB
08 Fevral 2019 - 15:39

“Qarabağ separatçısına abidə qoyulması təxribatdır və Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vurmaq məqsədi daşıyır”. 

ONN media xəbər verir ki, bunu aksiya təşkilatçılarından olan Sevinc Hümbətova bildirib. 

Onun sözlərinə görə, erməni separatçıya Gürcüstan torpağında büstün qoyulması bu dövlət qarşı da yönəlib: “Biz büstün tezliklə götürülməsini tələb edirik”. 

Politoloq Simon Kopadze çıxışında deyib ki, aksiyanın məqsədi yalnız Mixail Avaqyana büstün qoyulmasına qarşı deyil, separatçılığa da etiraz etməkdir: “Separatçıya Gürcüstanda büst qoyulması təxribatdır və abidə götürülməlidir”.

Politoloq Quram Marxulia çıxışında Mixail Avaqyanın əlinin günahsız azərbaycanlı uşaq, qadın və qocaların qanına batdığını vurğulayıb: “Büstün qoyulması Gürcüstan-Azərbaycan dostluğuna qarşı yönəlib. Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!”. Report

ONN informasiya agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP