ONN İnformasiya Agentliyi

İran bu ölkə ilə vizanı ləğv edir

İran bu ölkə ilə vizanı ləğv edir
17 Yanvar 2019 - 20:56

İraq tərəfi razılıq verərsə, İran və İraq arasında iş adamlarının vizası qarşılıqlı şəkildə ləğv edilə bilər.

ONN media xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın İraqın Kərbəla şəhərindəki konsulluğunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, 5 il öncə iki ölkə arasında viza rejiminin tam və qarşılıqlı şəkildə ləğv edilməsi İraqa təklif olunmuşdu. Lakin İraq tərəfi hələlik bununla razılaşmayıb.

Zərif deyib ki, razılıq olarsa, İran Prezidentinin mart ayında Bağdada səfərində anlaşmanı imzalamaq olar: “İran tərəfi viza rejiminin ləğvinə tam hazırdır. Lakin bu, birtərəfli qaydada mümkün deyil”. (Trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png