ONN İnformasiya Agentliyi

İspaniya təyyarəsi məcburi eniş etdi – BOMBA HƏYƏCANI

İspaniya təyyarəsi məcburi eniş etdi – BOMBA HƏYƏCANI
23 May 2019 - 19:50

İspaniyanın “Vueling” aviaşirkətinin təyyarəsi Barselona hava limanında məcburi eniş edib.

ONN media xəbər verir ki, buna səbəb göyərtəyə bomba qoyulması ilə bağlı xəbərdarlıq olub.

Qeyd olunur ki, təyyarə Parisdən İbisa kurortuna uçuş həyata keçirirmiş.

Təyyarə eniş etdikdən sonra sərnişinlər və heyət üzvləri təxliyə olunub vıə təyyarədə axtarış aparılıb.

Xəbərdarlığın əsassız olduğu məlum olub. Hazırda məlumatın mənbəyi ilə bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png