ONN İnformasiya Agentliyi

Makron Türkiyəni qəzəbləndirdi

Makron Türkiyəni qəzəbləndirdi
20 Aprel 2019 - 11:24

Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun PKK terror qruplaşmasının Suriya qolu – PYD/YPG tərəfindən idarə edilən qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoyun bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüs, çox yanlış addımdır. Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinə qarşı yönəldilən hərəkətlərdən yayınmağa çağırır”.

Qeyd edilir ki, Türkiyə öz milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkdən çəkinməyəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png