ONN İnformasiya Agentliyi

Mobil rabitə və internet qiymətləri iki dəfə BAHALAŞDI – SƏBƏB İSƏ…

Mobil rabitə və internet qiymətləri iki dəfə BAHALAŞDI – SƏBƏB İSƏ…
19 Aprel 2019 - 2:10

Tacikistanın hakim dairələri mobil rabitə və internet qiymətlərini iki dəfə bahalaşdırıb. Buna səbəb kimi əhalinin sağlamlığından narahatlıq duyulması göstərilib.

ONN media xəbər verir ki, bu barədə ASIA-Plus portalına ölkənin Rabitə Xidmətinin rəhbəri İlhom Atoyev məlumat verib.

“İnternetin qiyməti bahalaşanda insanlar ondan faydalı və savadlı şəkildə istifadə etməyi öyrənəcəklər. Az oyun oynayacaq, görmə qabiliyyətlərini qoruyacaqlar. Gənclərə bir baxın, hamısı başını aşağı dikib, telefonla internetə qoşulub. Ümid edirik ki, bundan sonra insanlar daha çox kitab oxuyacaq və bir-birləri ilə ünsiyyət quracaqlar”,- deyə o bildirib.

Tacikistanda internet üçün yeni tariflər aprelin 18-dən qüvvəyə minib. Əvvəllər 1 GB internet üçün tarif 3,5 dollar idi, indi qiymət iki dəfə artaraq 6,7 dollar təşkil edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png