ONN İnformasiya Agentliyi

Putin və Tramp yenidən görüşəcək

Putin və Tramp yenidən görüşəcək
22 May 2019 - 19:21

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasına görüş baş tutacaq.

ONN media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, qeyd edib ki, görüş böyük ehtimalla Yaponiyanın Osaka şəhərində “G-20” – Böyük İyirmiliyin sammiti çərçivəsində keçirilə bilər: “Belə bir imkan var. Görünən odur ki, söhbət bu və ya digər formada baş tutacaq”.

Ryabkov əlavə edib ki, görüş barədə rəsmi Vaşinqtondan hələ ki hər hansı bir təklif gəlməyib.

Qeyd edək ki, mayın 15-i Rusiya prezidenti bəyan etmişdi ki, istənilən yerdə Trampla danışıqlara hazırdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png