ONN İnformasiya Agentliyi

Qırışlardan belə xilas olun

Qırışlardan belə xilas olun
11 Sentyabr 2018 - 20:10

Xanımlar daima təravətli və hamar üz dərisinə sahib olmağı arzulayırlar.

ONN media axsam.az -a istinadən ev şəraitində rahat hazırlanan və üzdəki bir çox problemləri aradan qaldıran maskalar təqdim edir:

Bal və yumurta ağı

Bir çay qaşığı balı, bir yumurtanın ağını və 1 çay qaşığı limon şirəsini qarışdırıb, üzünüzə çəkin. Quruduqdan sonra soyuq su ilə yuyun.

Gül ləçəkləri

Qızılgül ləçəklərini krem halına gələnə qədər əzin və üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.

Qatıq maskası

1 armudu stəkan qatığı 1 çay qaşığı razyana toxumu və əzilmiş yarpaqları ilə qarışdırın. Üzünüzə sürtüb 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Hər gün təkrarlasanız, effekti qısa vaxt içində görəcəksiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png