ONN İnformasiya Agentliyi

Hava şəraiti nə vaxt normallaşacaq?

Hava şəraiti nə vaxt normallaşacaq?
18 Yanvar 2019 - 10:01

Yanvarın 18-dən 19-na keçən gecə hava bir qədər ayaz olacaq. Bu səbəbdən dağlıq ərazilərdə yağıntılar kəsilsə də, havanın hərarəti daha da enəcək.

ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yanvarın 18-dən sonra növbəti iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi və mülayimləşəcəyi gözlənilir.

“19-21 yanvar aralığında havanın hərarəti tədricən iqlim normasına yaxınlaşacaq və mülayim küləklər əsəcək. Xəzər dənizində isə yüksək dalğa yanvarın 18-də gün ərzində davam edəcək. Dəniz akvatoriyasında xəbərdarlıq öz qüvvəsində qalacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png