ONN İnformasiya Agentliyi

Kreditlə bağlı bütün QAYDALAR DƏYİŞİR

Kreditlə bağlı bütün QAYDALAR DƏYİŞİR
19 Mart 2019 - 12:55

Bankların müştərilərinə verdiyi kreditlər üçün faiz dərəcələri və komisyon haqların yuxarı həddi dövlət orqanı tərəfindən müəyyən ediləcək.

ONN media xəbər verir ki, bununla bağlı “Banklar haqqında” qanuna dəyişikliklər edilir.

Qanuna təklif edilən əlavəyə görə, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Yeni dəyişikliklər müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılması məqsədilə onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur. (trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png