ONN MEDİA

Samir Şərifovdan problemli kreditlərlə bağlı YENİ XƏBƏR

Samir Şərifovdan problemli kreditlərlə bağlı YENİ XƏBƏR
14 Mart 2019 - 12:07

Azərbaycanda problemli kreditlərlə bağlı Prezident İlham Əliyevin tərəfindən verilən fərmanda nəzərdə tutulan işlər həyata keçirilir.

ONN media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

S.Şərifov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla bu istiqamətdə iş aparılır:

“Kreditlərin həcmi, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb”.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP