ONN İnformasiya Agentliyi

“Whatsapp”dan məhdudiyyət- ARTIQ…

“Whatsapp”dan məhdudiyyət- ARTIQ…
22 Yanvar 2019 - 11:50

“Whatsapp”da eyni ismarışı 5 dəfədən çox göndərmək mümkün olmayacaq. 

ONN media Baku.ws-ə istinadən xəbər verir ki, bu haqda “Facebook” kompaniyasının kommunikasiyalar üzrə vitse-prezidenti Viktoriya Qrand məlumat verib.

Onun sözlərinə görə, yeni qayda bütün dünyada tətbiq olunacaq. Bununla da istifadəçilər eyni ismarışı dəfələrlə (“rassılka”) göndərə bilməyəcəklər və bu da öz növbəsində şayiələrin, yalan məlumatların yayılmasına imkan verməyəcək.

Qeyd edək ki, bu vaxtadək “Whatsapp”da eyni ismarışı 20 dəfədən çox göndərmək mümkün deyildi.

Xatırladaq ki, bu növ qadağa ilk dəfə 2018-ci ilin iyulunda Hindistanda tətbiq edilmişdi. Belə ki, ölkə istifadəçilərinin yaydığı yalan məlumatlar 3 nəfərin qətlə yetirilməsi ilə nəticələnmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png