ONN İnformasiya Agentliyi

Bizim abidələrimiz necə qorunur?

Bizim abidələrimiz necə qorunur?
16 Aprel 2019 - 15:31

Ötən gün Fransada XII əsrə aid Paris Notr-Dam kilsəsinin yanması Azərbaycandakı tarixi abidələrin yanğından necə mühafizə olunması məsələsini gündəmə gətirib.

ONN media xəbər verir ki, məsələ ilə bağlı  danışan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, nazirlik tərəfindən qorunan tarixi abidələrdə yanğın təhlükəsizliyinin təmin olunması dövlət tərəfindən müəyyən olunmuş normalar əsasında həyata keçirilir:

“Hazırda mədəniyyət ocaqları kimi fəaliyyət göstərən bir sıra tarixi abidələrdə son illər Dövlət Xidməti tərəfindən təmir-bərpa işləri həyata keçirilib. Həmin abidələrdə də yanğın təhlükəsizliyi müasir tələblərə uyğun qurulub. Yanğınsöndürmə balonları ilə yanaşı, avtomatik su ilə yanğınsöndürmə, əl ilə yanğın söndürmə sistemləri quraşdırılıb. Əsaslı təmir işləri həyata keçirilmiş abidələrdə sadalanan yanğınsöndürmə sistemləri ilə yanaşı, qazla yanğınsöndürmə sistemləri də quraşdırılıb. Bu sistemlər yanğın zamanı eksponatların, əşyaların qorumasını təmin etməyə hesablanıb. Belə ki, su ilə yanğın söndürmə muzey eksponatlarına daha çox ziyan verə bilər. Qaz ilə yanğınsöndürmə isə yanğın baş verdiyi zaman yüksək təzyiqlə F200 qazının istifadəsi nəticəsində ani olaraq yanğın söndürülür.

Azərbaycan Milli İncəsənət Muzeyi, Musiqili Teatr, Akademik Milli Teatr, Kukla Teatrı, Nizami Kino Mərkəzi, Heydər Əliyev Sarayı kimi binalarda ən son yanğından mühafizə sistemləri quraşdırılıb”. kult.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png