ONN İnformasiya Agentliyi

Tənzilə Rüstəmxanlıdan Sabir Rüstəmxanlı ilə bağlı yazı- “Gözlərimin önündəki qocaman Çinar”

Tənzilə Rüstəmxanlıdan Sabir Rüstəmxanlı ilə bağlı yazı- “Gözlərimin önündəki qocaman Çinar”
14 Yanvar 2019 - 15:40

Azəri- Türk Qadınlar Birliyinin sədri, Filologiya elmləri doktoru, xalq şairi, millət vəkili Tənzilə Rüstəmxanlı Sabir Rüstəmxanlı ilə bağlı yazını oxucularına çatdırıb. ONN media bu yazını təqdim edir. 

Son günlərdə Türk düşmanı olan bir sürü nadan,yenə də türklük davasını aparanların üzərine köpək sürüsü kibi gəlməktədir. Bizim ailemizdə cahillərin hədəfindədir, ən çok da Türk millətinin hakk səsi olan Sabir Rüstəmxanlı. İller önce yazdığım bu yazını paylaşmak istədim.

Gözlərimin önündəki kocaman Çinar.

Kölgəsində kimlər yatmadı ki, kimlər oddan, sudan, taleyin amansız rüzgarından kaçtığında ona sığınmadı ki, bəzən de qol budağını kırdılar, amansızca budadılar, amma onun umrundamı oldu hiç? Kırılan budaklarından daha güclü, daha gənc tumurcuklar çiçək açtı, əsən rüzgarlar ondan nə ala bilir ki, onun kökləri toprağın dərin qatlarında, başı göylərə ərmiş, dimdik, əyilmədən, bükülmədən, üzü günəşə doğru yol almakta, tarih yazmakta.
Kölgəsinə sığınarak böyüyən bir çok insanların gövdəsində açtıkları yaraların izləri, kalbini kanatsa da, acıları gönlündə dərtlərdən dağ oluşdursa da, mən “Dərde Əyilməm”-dedi qoca Çınar. Vatan’nın dağlarını duman alanda, onun sərhədlərində çinar olub toprağa dikildi. Bu vatan dediyim dünyam sırlıdır dediyində , dilinde türkü, ağzı Dualı Analarımıza-Hərəsi Yurdumun bir payıtahdıdır dedi. Anasının dili qapılar arkasında qoyulanda, bütün ürəyi ile “Sağ Ol Ana Dilim”haykırdı, Gəncə qapısında Vatan üçün iki evladını Şəhit vermiş ve “Ölüm Zirvesi’ne ucalmış, Ziyathan oğlu Cavat Hanın dastanını yazdı, Heyderbaba dağında Şəhriyarın dili, Göyçədə Ələsgərin sazı, Arazla bölünmuş yaralı Vatannın bir yanında Təbriz, Ərdəbildə ağ Atlı Şah Hatayı, Şeir bazarında Hadi, Qübettəki Fizulinin məzarı, Babəkin kəsik kolları, Kerkükte, Musulda, Kıprızda, Altayda, Yakutlarda, Türkman dağında Türkün akıtılan göz yaşı ve bütövlük hasretiyle gettiyi Vatan yolları oldu. Difai harekatında düşmənin başına yumruk oldu, Tarihin yollarında yorğun düşmüş Türkün Oğuz Han dastanını yazdı, Gök Oğuzlarda Tanrı dağının nurundan yola çıxdı, o zirvədən baktığında ne gördü? dünyaya hökm etmiş Türkün bitib tükənməz çiləli yollarındakı acılarda arkada buraktığı göz yaşlarının izleri, Türkün karşısına dikilmiş Cin Seddi ki,Kür Şad bu sadde pağmen 40 savaşçısıyla birlikte Çin sarayını bastığında dirilən türkün savaşçı Ruhu, çəkdikleri acılar ve onun canını ən çok da bu acılar yaktı, mənə kalan göz yaşıdır-deyə inledi. Uğruna ölümü gözə aldığı, candan ötə bildiyi, türk milleti için mücadilesində əlini ve ayağını yeyen bir sürü cahil ve nadana:
Heç nə istəmirəm bu məmləkəttən,
Nə çəktiklərimizin hesabını,
əe boynumuza kəfən taxtığımız
Günlərin halallığını,
Nə bizi düşman ayağına verdiyinin Cəzasını.
Onsuz da başındadır köhnə vərdişi.
Düşmənə batmasa da, Millətə batır dişi.
Heç nə istemirəm bu məmləkəttən.
Qaraldı neçə ocak,
Üreyimdə sönəcək bir azdan.
Ondan umacağım yok,
El çəksin yakamızdan.-şeirinde bir çok nadana Adamlık dərsi verdi.
Dünyanın harasında olursa olsun, bircə kəlmə sözüm yaşayırsa, orası mənim Yurdumdur-dedi. Sözün qiyməttən düşdüyü bir dönəmde şairlərin Şerle savaşını anlattı. Kökləri tarihin dərin katlarında, başı göklərdə Tanrı İşiğında,kövdəsində millətin çəktiyi çilələrin açtığı izler, bakışlarında yılların yorğunluğu olan bir kocaman Çınar sən ki, bu namert dünyada çevrəni sarmış it tuzağına düşmədin ya, Sən çok yaşa, heç əyilme, dik dur, gölgən çoklarının sığındığı ən son liman oldu, o limana mərt də, namərt də , iyi də, kötü də gəldi, ama hər kəs niyyətinə görə kala bildi, gəldilər və getdilər. Sən hələ o zirvədəsən,yenə de sağlam köklərinin üstündə, başın göklerdə. Gözlərimin önündə bir koca Çınar, bir Şair, bir Yazar, bir düşünür, bir Aydın və mütəfəkkir. Millətinin tarihində kızıl hərflərlə yazılmış bir Adam. Sən ki, millətinin “Ömür”-kitabını yazarak Azadlık atəşini minlərlə gəncin kalbində körükləyən Aydın, Azərbaycanın müstəqillik aktında imzası olan Fikir Adamı, Sən-Türkün bitib, tükənmək bilməyən kahramanlık ruhunu kalbində taşıyan və bu dastanı yazan bir Yazar, Milli Şair, Türk millətinin onurlandığı bir evladı-Səni yüz yaşa Sabir Rüstemhanlı.A llah’ım səni sevdiklərinə ve seni sevənlərə bağışlasın.

Fəridə QAFARQIZI

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png