ONN MEDİA

ARB-nin efirində gərgin anlar- VİDEO

ARB-nin efirində gərgin anlar- VİDEO
12 Yanvar 2019 - 16:17

ARB-nin efirində yayımlanan “Səhər-səhər” proqramında qalmaqal yaşanıb.

ONN media xəbər verir ki, aparıcı Gülər ayağa qalxaraq verilişə dəvət almış Samirə adlı ifaçını tənqid etməyə başlayıb.

Müğənninin nə səsini, nə də səhnə görünüşünü bəyənmədiyini deyən aparıcı cavabsız qalmayıb. Müğənni ona burnunu plastik əməliyyatla kiçiltdiyini xatırladıb.

Aparıcı ilə müğənninin bazar söhbəti səviyyəsində dialoqu mübahisəyə çevrilib və tərəflər bir-birinə xoş olmayan sözlər deyiblər.

Verilişin digər aparıcıları və qonaqlar onların bu mübahisəsini gülərək izləyiblər.

Aparıcının efirdəki davranışları, daha dəqiq desək efirə dəvət etdiyi qonağı alçaltması tamaşaçıları qıcıqlandırıb və bu görüntülər sosial şəbəkələrdə tənqid olunub. (Baku.ws)

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP