ONN MEDİA

Faiq Ağayev Sevgililər Gününə hazırlaşır

Faiq Ağayev Sevgililər Gününə hazırlaşır
11 Fevral 2019 - 15:13

Azərbaycanın Xalq artisti, Qızıl şlyager Faiq Ağayev qarşıdan gələn 14 fevral Sevgililər Gününə məxsusi hazırlaşır. Belə ki, Xalq artisti məhz həmin gün “Gəl, Bir Öp” adlı yeni mahnısını pərəstişkarlarına təqdim edəcək. 

ONN media xəbər verir ki, Xalq artisti Azərbaycanı “Eurovision 2012” mahnı müsabiqəsində təmsil edən müğənni Səbinə Babayevanın musiqisini öz repertuarına əlavə edib:

“3 il öncə bu mahnını mənə istedadlı həmkarım, “Eurovision” təmsilçimiz müğənni Səbinə Babayeva təqdim etdi. Sözlərini də duyğulu şerlər müəllifi, sevimli Leyli Erol – İsrafilova yazdı. Bu gün bu gözəl nəğməni təqdim edirəm sizə, Dostlar. Xoş dinləmələr!”.

F. Ağayev onu da əlavə edib ki, fevralın 14-dən etibarən “Gəl, Bir öp” mahnısı bütün yerli radiolarda yayımlanacaq. Sözügedən mahnının aranjemanı Nadir Hüseynova, mix & mastering- isə Givi Usenaşviliyə aiddir. Fotoların müəllifi Fərhad Əhmədovdur. 

ONN informasiya agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP