ONN İnformasiya Agentliyi

İlham Əliyev rusiyalı nazirlə görüşdü

İlham Əliyev rusiyalı nazirlə görüşdü
24 May 2019 - 15:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilini qəbul edib.

ONN media xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, sosial təminat sahəsində əlaqələr, təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Görüşdə Rusiyada və Azərbaycanda sosial sahənin müxtəlif istiqamətləri ilə bağlı həyata keçirilən islahatlardan danışılıb, təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkanların olduğu qeyd edilib. Eyni zamanda, Maksim Topilinin səfəri zamanı müvafiq nazirliklər arasında imzalanacaq sazişin əhəmiyyətinə toxunulub.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png