ONN İnformasiya Agentliyi

Paşinyan Əliyevlə görüşün DETALLARINI AÇDI

Paşinyan Əliyevlə görüşün DETALLARINI AÇDI
23 Yanvar 2019 - 18:26

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bir araya gəldiyi görüşün detallarını açıqlayıb.

ONN media xəbər verir ki, izləyiciləri Paşinyanı görüşlə bağlı məlumat vermədiyinə görə tənqid edib və o da feysbuk səhifəsində canlı yayım açaraq sualları cavablandırıb.

“Məlum olduğu kimi, bu, İlham Əliyevlə üçüncü görüşümdür. Son bir neçə ay ərzində ATƏT-in Minsk qrupu həmməruzəçiləri ilə də görüşmüşük. Görüşlərdən çəkinməməliyik. Bunlar qeyri-rəsmi görüşlərdir, müzakirələrin rəsmi başlanğıcı kimi qəbul edilə bilməz “, – Paşinyan deyib.

Onun sözlərinə görə, Davos forumunun təşkilatçıları Azərbaycan və Ermənistan liderlərinin hər ikisindən ayrı-ayrılıqıda bir araya gəlməklə bağlı əvvəlcədən soruşublar. Toplantı üçün əsas şərtlərdən biri bu olub ki, hər iki lider birgə suallara cavab versin.

Onun sözlərinə görə, Davosda və əvvəlki görüşlərdə müzakirə prosesinin tarixi, həll üçün şərait yaratma imkanı, mövcud maneələr və s. müzakirə edilib: “Eyni zamanda, heç bir xüsusi fikir vurğulanmadı, ətraflı müzakirə aparılmadı. Burada başqa niyyət yoxdur. Görüşlərin önəmli olduğunu düşünürəm. Vəziyyətin səhv başa düşülməsindən qaynaqlanan iddialarla çıxış edənlər absurd ifadələr işlədir”.(Publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png