ONN MEDİA

Bu şəxslərə vəzifə verildi – Siyahı

Bu şəxslərə vəzifə verildi – Siyahı
12 Aprel 2019 - 18:55

Kapital Bank-ın strukturunda dəyişikliklər və yeni təyinatlar olub.

ONN media xəbər verir ki, bankda gedən kadr dəyişikliyi ilə bu şəxslər yeni vəzifələrə təyin olunub.

Müştəri Menecmenti departamentinin direktoru Samir Məmmədov Baş Marketinq İnzibatçısı, Komplayens departamentinin direktoru Kamal Abdullayev Baş Komplayens İnzibatçısı vəzifəsinə təyin olunub.

Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

Həmçinin İlahə Qazıyeva Əməliyyat departamentinin, Nəsimi Xasiyev Kiçik və Orta Sahibkarlarla İş departamentinin, Tural Ayvazlı isə Filial Şəbəkəsinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.

İT İnfrastruktur departamentinin direktoru Renad Cəfərov Bank Sistemlərinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.

Bundan başqa Hüquq departamentinin adı dəyişərək Hüquq və Komplayens departamenti, İT İnnovasiya və İnkişaf departamenti isə İnformasiya Sistemlərinin İnkişafı departamenti olub.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP