ONN MEDİA

Bu yollar nəzarətə götürüldü

Bu yollar nəzarətə götürüldü
10 Yanvar 2019 - 19:56
Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin ərazilərdən keçən avtomobil yollarını nəzarətə götürüb.
ONN media xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, Quba-Xınalıq avtomobil yolunda buz bağlayan ərazilər qar və buzdan təmizlənib: “Bakıya qar yağmasa da dağlıq və dağətəyi ərazilərdə artıq bir aya yaxındır ki, qarlı-şaxtalı hava şəraiti hökm sürür. Bu məqsədlə həmin istiqamətlərdə olan avtomobil yolları nəzarətdə saxlanılır. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların bəzi hissələrini buz bağlayır. Bu məqsədlə həmin ərazilər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır, buz bağlayan yollara mütəmadi olaraq qum-duz qarışığı və çınqıllar tökülür, yollar qar və buzdan təmizlənir”.
Rəsmi qeyd edib ki, hazırda ölkə ərazisində, xüsusən də Şimal istiqamətində olan avtomobil yollarında hərəkət təmin olunub.

ONN informasiya agentliyi

image_print Çap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP