ONN İnformasiya Agentliyi

Sahil Babayevdən yeni təyinat

Sahil Babayevdən yeni təyinat
21 Yanvar 2019 - 12:23

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Mustafa Abbasbəyli nazirin müşaviri təyin edilib.

ONN media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, M.Abbasbəyli bu gündən nazirlikdə fəaliyyətə başlayıb.

Qeyd edək ki, o, 2018-ci ilin sonuna qədər Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri olub.

Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli hüquq üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda, Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png