ONN İnformasiya Agentliyi

Qəbula az qalıb, abituriyentlər narahatdır – Səbəb isə…

Qəbula az qalıb, abituriyentlər narahatdır – Səbəb isə…
14 Mart 2019 - 14:36

Ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən şəxslərin sabahdan elektron ərizə qəbulu başlanır. Belə ki, ali məktəblərə qəbul olmaq istəyənlər 15 mart-15 aprel tarixlərində elektron ərizə formasını doldurmalıdırlar. Buna baxmayaraq, 2019-cu il qəbul qaydaları ilə bağlı abituriyent jurnalı hələ də dərc olunmayıb. Bu da abituriyent və valideynlərin narahatlığına səbəb olub.

Yaranmış narahatlıqla bağlı Təhsil Nazirliyinə sorğu göndərib, Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticə əldə edə bilmədik.

ONN media xəbər verir ki, məsələni  şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, keçmiş təcrübədə ali təhsil müəssisəsinə qəbulun məzmunu ilə bağlı abituriyent jurnalları proses başlamazdan azı 1 həftə əvvəl çap olunurdu:

“Nəzərə alsaq ki, bu il qəbul imtahanlarında, qeydiyyat prosesində ciddi şəkildə dəyişiklər olacaq, deməli, “Abituriyent-2” jurnalı daha öncədən çap olunmalı idi.

Düşünürəm ki, hələ də “Abituriyent-2” jurnalının çap olunmamasının, gecikməsinin səbəbi Nazirlər Kabineti tərəfindən yeni qəbul qaydalarının təsdiq olunmamasıdır.

2018-ci ildə Təhsil haqqında qanuna dəyişiklər edilib və ali təhsil müəssisəsinə müsabiqədən kənar qəbul qaydaları nəzərdə tutulub. Bütün bunlar isə abituriyentləri ciddi narahat edir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png