ONN İnformasiya Agentliyi

8 avqust Rasim Balayevin doğulduğu gündür

8 avqust Rasim Balayevin doğulduğu gündür
08 Avqust 2020 - 12:47

Unutmayaq, unutdurmayaq!

8 avqust – görkəmli aktyorumuz, sözün əsl mənasında xalqın aktyoru, “Şöhrət” , “Şərəf” ordenləri laureatı, Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü – Rasim Balayevin doğulduğu gündür.

Görkəmli aktyor Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı “Nəsimi” , “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rol oynamışdır. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilmişdir.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur.

Təbrik edirik.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png