ONN İnformasiya Agentliyi

Əhalinin neçə faizi peyvəndlənəcək?

Əhalinin neçə faizi peyvəndlənəcək?
23 İyul 2021 - 23:26

Pandemiya ilə mübarizənin aparıldığı dövrün təcrübəsi göstərir ki, xəstəliyə qarşı ən effektli mübarizə vasitəsi peyvəndlənmədir.

Bu barədə Baş nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə keçirilən Qərargahın geniş tərkibdə respublika müşavirəsində bildirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin zamanında qəbul etdiyi qərara əsasən ölkəmizə 15 milyon doza peyvəndin gətirilməsinə dair anlaşmalar əldə olunub, sifarişlər edilib və hissə-hissə gətirilməkdədir. Məqsəd ölkə əhalisinin təqribən 70%-ə qədərini peyvəndləməkdir.

“Qəbul olunmuş qərarlar nəticəsində yoluxmanın səviyyəsinin aşağı salınmasına nail olundu, yayın əvvəlinədək yoluxmanın statistikası ikirəqəmli həddə endi, sağalanların sayı və çarpayı ehtiyatı artırıldı”, – müşavirədə vurğulanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png