ONN İnformasiya Agentliyi

Bəkir Şahin Kamran Əliyevə zəng etdi

Bəkir Şahin Kamran Əliyevə zəng etdi
20 İyul 2021 - 14:41

İyulun 20-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror Kamran Əliyev təşəkkürünü bildirməklə həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Türkiyəli həmkarını və prokurorluğun kollektivini təbrik edib.

Telefon danışığı zamanı hər iki Dövlət başçılarının rəhbərliyi altında Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdiriləcəyinə əminlik ifadə olunmaqla, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png