ONN İnformasiya Agentliyi

Bu tarixdən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq – AAYDA sədri

Bu tarixdən  Kəlbəcər yolunun çəkilişinə başlanılacaq – AAYDA sədri
22 Fevral 2021 - 12:50

Ölkə rəhbəri tərəfindən Agentliyə azad olunmuş torpaqlarımıza aparan yolları qısa müddətdə bərpa ermək tapşırığı verilib.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, hazırda Kəlbəcərə yeni yol çəkilişinin layihələndirilməsi aparılır:

“Cənab Prezident rayonun işğaldan azad olunan günü gözləmədən bizə tapşırıq vermişdi ki, Kəlbcərə gedən yolla bağlı işlərə başlayaq.

Yeni yol çəkilişi Gəncə-Göygöldən keçəcək. Hələlik düşmənlə birgə yaşayış təminatına qədər Tərtər-Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların iştirakı ilə istifadə edirik. Ölkə başçısının tapşırığına əsasən, əhalinin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni yol inşa edilir. Artıq 2 aya yaxındır yolun layihələndirilməsi həyata keçirilir. Yol çəkilişi Türkiyə şirkətilə birgə aparılacaq. Martdan etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq”. (trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png