ONN İnformasiya Agentliyi

Novruz Məmmədovun oğlu işdən çıxarıldı

Novruz Məmmədovun oğlu işdən çıxarıldı
25 Noyabr 2021 - 12:14

Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədovun oğlu polis sistemindən təqaüdə göndərilib.

ONN media xəbər verir ki, əvvəl Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi olan polis polkovnik-leytenantı İsmayıl Məmmədov 2019-cu ildə bu postdan uzaqlaşdırılıb.

Bunun ardınca Daxili İşlər Nazirliyində Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyatçısı kimi xidmətini davam etdirib.

Bir müddət öncə isə İsmayıl Məmmədov 20 illik xidmətinin tamamlanması ilə bağlı ərizə yazaraq təqaüdə göndərilməsini istəyib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı İsmayıl Məmmədov pensiyaya göndərilib.(qafqazinfo.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png