ONN İnformasiya Agentliyi

Şentop Azərbaycana gəlir

Şentop Azərbaycana gəlir
25 İyul 2021 - 15:34

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.

ONN media  xəbər verir ki, üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Görüşdə “Bakı Bəyannaməsi” imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop həmçinin Şuşa və Füzuliyə səfər edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png