ONN İnformasiya Agentliyi

TBMM-də Azərbaycanla bağlı mühüm müzakirə

TBMM-də Azərbaycanla bağlı mühüm müzakirə
14 Aprel 2021 - 17:16

Türkiyə Böyük Millət Məclisinin İnsan Haqlarını Araşdırma Komissiyası Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan insan haqlarının pozulması faktlarını müzakirə etmək üçün iclas keçirəcək.

ONN media  bildirir ki, komissiyanın iclası aprelin 15-də keçiriləcək.

Qeyd olunur ki, münaqişə zamanı qeydə alınan hadisələrlə bağlı “Ermənistanın Azərbaycana hücumu ilə başlayan gərginlik və münaqişə müddətində qeydə alınan hüquq pozuntuları və Türkiyədəki erməni sakinlərin vəziyyəti ilə bağlı hesabat” komissiya üzvlərinə təqdim olunub.

Hesabatda Ermənistanın öz təcavüzkarlığını diplomatik sahədə də davam etdirdiyi vurğulanır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png