ONN media

Türkiyə əməliyyatı dayandırdı – ABŞ-la anlaşma – SON DƏQİQƏ

Türkiyə əməliyyatı dayandırdı – ABŞ-la anlaşma – SON DƏQİQƏ
17 Oktyabr 2019 - 22:17

Bu gün Ankarada Türkiyə Prezidenti Ərdoğanla 1 saat 40 dəqiqə çəkən görüşdən sonra ABŞ-ın vitse-prezidenti Maykl Pens Amerikanın bu ölkədəki səfirliyində açıqlama verib.

O, Ərdoğanla görüşdə “Barış Pınarı” əməliyyatının dayandırılması ilə bağlı razılaşdıqlarını deyib: “ABŞ və Türkiyə Suriyada atəşkəs haqqında razılaşdı. Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı dayandıracaq, YPG/PYD isə 120 saat ərzində Türkiyənin arzu etdiyi məsafəyə çəkiləcək.

Bundan əlavə, Türkiyə Kobaniyə hər hansı müdaxilə etməyəcəyi haqda tələbimizə də razılaşdı”.

O, əlavə edib ki, ABŞ “Barış Pınarı” əməliyyat zonasından YPG silahlılarının çıxarılmasına kömək edəcək: “Hər şey qaydasında olduğundan, ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi də gündəmdə olmayacaq”.

Pensin çıxışı ərəfəsində isə ABŞ prezidenti Donald Tramp  sosial şəbəkədə “Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək”, – deyə yazıb. Strateq.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png