ONN İnformasiya Agentliyi

Ərdoğan: Baydenlə əlaqələrimiz yaxşı deyil!

Ərdoğan: Baydenlə əlaqələrimiz yaxşı deyil!
23 Sentyabr 2021 - 22:42

ABŞ Prezidenti Co Baydenlə əlaqələrimiz elə də yaxşı başlamadı.

ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim. Amma Co Baydenlə yaxşı başladığımızı söyləyə bilmərəm. Bayden Suriyada terrorçulara silah-sursat göndərməyə başladı. Buna laqeyd qala bilmərik”, – Ərdoğan bildirib.

Dövlət başçısı ABŞ-ın Əfqanıstanı tərk edərkən qoyduğu silahların Talibanın əlinə keçdiyini bildirib və Vaşinqtonun buna görə bədəl ödəyəcəyini qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png