ONN İnformasiya Agentliyi

Aysel Şükürova onları məhkəməyə verəcək

Aysel Şükürova onları məhkəməyə verəcək
20 Aprel 2022 - 23:15

Xəstəxanaya 8 mindən çox pul ödədik. Anam onlarla danışıb, amma heç kim qabağa durmadı, veclərinə də olmadı. Heç nəyi qarşılamadılar. Vəkillə danışdıq, biz də ərizə yazmışıq. Maddi bir yana, mənəvi dəyən ziyan heç vaxt unudulmayacaq. Gözümü yuman kimi partlayış, üstümdən insanların keçməsini görürəm.

ONN media  xəbər verir ki, bu sözləri “Location” gecə klubunda partlayış nəticəsində ağır yanıqlarla xəstəxanaya yerləşdirilən bloger Aysel Şükürova deyib. İnstaqramda bu barədə video paylaşan məşhur bloger klubun sahiblərini məhkəməyə verəcəyini açıqlayıb. O, açıqlamasında bütün xəstəxana xərclərini özünün ödədiyini deyib. 

Qeyd edək ki, Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png