ONN İnformasiya Agentliyi

Bu ərazilərdə su olmayacaq

Bu ərazilərdə su olmayacaq
30 Yanvar 2022 - 10:12

Bakının bir sıra ərazilərində su kəsiləcək.

ONN media  xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

“Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 30 yanvar 2022-ci il tarixində gün ərzində Azadlıq prospekti, Qəzənfər Musabəyov küçəsi və Xutor ərazisinin bəzi hissələrinə suyun verilməsində məhdudiyyətlər olacaq”, – ASC rəsmisi qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png