ONN İnformasiya Agentliyi

Bu marşrutlarda gedişhaqqı artırılıb? – BNA-dan AÇIQLAMA

Bu marşrutlarda gedişhaqqı artırılıb? – BNA-dan AÇIQLAMA
10 Yanvar 2022 - 13:59

Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda 18 və 65 nömrəli marşrut xətlərində qiymət artımı ilə bağlı xəbər yayılıb.

ONN media xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sosial şəbəkələrdə yayılan xəbər həqiqəti əks etdirmir.

“Belə həssas məsələlərlə bağlı fikir bildirənlər diqqətli və məsuliyyətli olmalıdır. Kim iddia edirsə ki, qeyd olunan marşrut xətlərində qiymət artımı var buyursun, ”BakıKart”ını təqdim etsin, biz də araşdıraq. “Faiqoğlu”MMC-nin müvəqqəti istismarında olan 18 və 65 nömrəli marşrut xətləri üzrə ödəniş ”BakıKart” vasitəsilə nağdsız formadadır. Heç bir qiymət dəyişikliyindən söhbət getmir”, – deyə M.Ağayev bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png