ONN İnformasiya Agentliyi

Bu nəqliyyat vasitələri ilə bağlı yol xəritəsi təsdiqləndi

Bu nəqliyyat vasitələri ilə bağlı yol xəritəsi təsdiqləndi
07 Yanvar 2022 - 19:41

“Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi” Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2021-ci il dekabrın 29-da təsdiq edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Yol Xəritəsi ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması və təşviqi üzrə 4 tematik sahədə – “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri sahəsində təhlillərin və qiymətləndirmələrin aparılması”, “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanması”, “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin olunması” və “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviqi üzrə zəruri infrastrukturun yaradılması” məqsədilə, ümumilikdə 25 tədbirin icrasını nəzərdə tutur.

Adıçəkilən Yol Xəritəsi Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən 5-ci Milli Prioritetə (təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi) uyğun olaraq, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” İşçi Qrupunun tərkibində xüsusi olaraq yaradılmış altqrupun üzvlərinin məhsuldar və geniş müzakirələri, ətraflı təhlilləri nəticəsində özəl sektorun nümayəndələrinin yaxından iştirakı ilə hazırlanıb. Ekoloji təmiz nəqliyyat vasitələrindən geniş istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.

Məlumat üçün qeyd edək ki, Komissiyanın “Sərhəddə ticarət” İşçi Qrupuna rəhbərliyi Dövlət Gömrük Komitəsi həyata keçirir.

“Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”nin tam mətni ilə Komissiyanın internet portalında tanış olmaq mümkündür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png