ONN İnformasiya Agentliyi

Bu tələbələrə güzəşt ediləcək – Nazirdən ŞAD XƏBƏR

Bu tələbələrə güzəşt ediləcək – Nazirdən ŞAD XƏBƏR
18 İyun 2021 - 11:42

Tələbə kreditləri daha çox dövlət sifarişi qalmaqla yanaşı, öz hesabına təhsil alan tələbələri əhatə edəcək. Burada məqsəd ali təhsilin hər kəs üçün əlçatan edilməsidir.

ONN media  xəbər verir ki, bunu Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bununla sosial həssas qruplardan olan vətəndaşların ali təhsil almaq imkanı artacaq: “Növbəti tədris ilindən daha çox tələbənin maliyyələşməsini təhsil tələbə kreditləri ilə həyata keçirə biləcəyik. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra, növbəti tədris ilindən tətbiq ediləcək”.

Nazir bildirib ki, tələbə kreditləri iki qrupa veriləcək: “Birincisi sosial həssas ailə qruplarından olan tələbələrə və standart qrupa aid olan tələbələrə veriləcək. Təhsil tələbə kreditləri veriləndə ilkin mərhələdə ehtiyacla yanaşı, giriş balları da nəzərə alınacaq. Yüksək bal burada öncüllük rolu oynayacaq. Bununla rəqabətliliyi də tətbiq edə biləcəyik. Əgər kreditlər verildikdə tələbənin qiymətləri yüksəkdirsə, güzəştlər də nəzərdə tutulacaq. Təhsil tələbə krediti kommersiya yox, təhsilin əlçatanlılığı xarakteri daşıyır. Fond dövlət büdcəsindən maliyyələşir. Tələbə öz təhsilini bitirdikdən sonra təxminən 20 il ərzində vəsaiti ödəyə biləcək. Tələbəyə hərbi xidmətdə olduğu müddətdə, yaxud da işləmədiyi müddətdə kiçik möhlət hüququ veriləcək”.

Nazir əlavə edib ki, tələbə kreditləri birbaşa olaraq tələbənin oxuduğu universtetin hesabına köçürüləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png