ONN İnformasiya Agentliyi

DİN 14 yaşlı qızın oğurlanması iddialarına cavab verdi

DİN 14 yaşlı qızın oğurlanması iddialarına cavab verdi
09 Dekabr 2021 - 15:47

Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, yayılan məlumatlar araşdırılır.

“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, – şöbə rəisi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Musatafayeva qızının narkotik aludəçisi olduğunu iddia edir. O bildirib ki, 14 yaşlı nəvəsi qızı və onun tanışı tərəfindən evindən oğurlanıb. T.Musatafayevanın iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png