ONN İnformasiya Agentliyi

Eldar Həsənov məhkəməsinin yekunlaşmasını istədi

Eldar Həsənov məhkəməsinin yekunlaşmasını istədi
19 Noyabr 2021 - 20:30

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.

Eldar Həsənov bildirib ki, səhhəti tez-tez pisləşir. O, prosesin tezliklə yekunlaşmasını istədiyini deyib.

Daha sonra ittihamlara münasibət bildirən E.Həsənov özünü təqsirli bilmədiyini söyləyib.

Vəkillər bir neçə epizod üzrə əlavə şahidlərin çağırılması barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.

Proses noyabrın 22-də davam etdiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png