ONN İnformasiya Agentliyi

Fərda ilə Niyam arasında qalmaqal: Bunu etməsi…

Fərda ilə Niyam arasında qalmaqal: Bunu etməsi…
28 Yanvar 2021 - 13:32

Müğənni Niyam Salami ilə aktyor Fərda Xudaverdiyev arasında qalmaqal yaşanıb.

ONN media  xəbər verir ki, buna səbəb ifaçının Fərdanın “10 qat şou” proqramının çəkilişində onu aldatması olub. Belə ki, verilişə çağırılan  Niyam çəkiliş məkanına gəlib. Amma o, proqramın çəkilişi başlamamış məkanı tərk edib.

Bunla bağlı Fərda “Birə-bir” verilişində də danışıb. O bildirib ki, N.Salami ona hörmətsizlik edib:

“Heç kimə heç nə demədən çıxıb gedib. Köməkçisi deyib ki, başı ağrıyır. Bunu mənə demək olmazdı? Xəstə ola-ola səni orada saxlayacaqdım? Zəng etdim, telefonuma cavab da vermədi. Veriliş onun üçün qurulmuşdu, ssenari yazılmışdı. Niyam, sənə yaraşdırmadım. Belə dostluq, yoldaşlıq olmaz. Sənə şəxsən özüm zəng etmişəm. Sən də mənə zəng edə bilərdin. Nə qədər zəng edirəm, cavab vermir, ona görə də efirdə adını çəkdim. Saymamazlıq etdi, uşaq deyiləm. Televiziyaya dünən gəlməmişəm. O yaşda adama, sənətə illərini verənə yaraşdırmadım. Bunu dünən çıxan vayner edə bilərdi. Vaynerə sosial şəbəkə lazımdır, sənə televiziya mütləqdir”.(axşam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png