ONN İnformasiya Agentliyi

Füzulidə minalanmış ərazidə yanğın başladı, havaya HELİKOPTER QALDIRILDI – VİDEO

Füzulidə minalanmış ərazidə yanğın başladı, havaya HELİKOPTER QALDIRILDI – VİDEO
05 İyul 2021 - 11:27

Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

ONN media -ya bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumat əsasında dərhal Nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png