ONN İnformasiya Agentliyi

Horadiz-Ağbənd avtomobil yolunda aşkarlanan minalar zərərsizləşdirildi

Horadiz-Ağbənd avtomobil yolunda aşkarlanan minalar zərərsizləşdirildi
16 Dekabr 2021 - 13:56

Cəbrayı rayonunda minatəmizləmə əməliyyatları davam etdirilir.

ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşları tərəfindən Horadiz-Ağbənd avtomobil yolunun rayon ərazisindən keçən hissəsində aşkarlanan minalar partlayış üsulu ilə zərərsizləşdirilib.

Avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları ANAMA, eləcə də Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir.

ANAMA-nın baş mütəxəssisi Mədət Məmmədov “Report”a bildirib ki, hava şəraiti əməkdaşların daha səmərəli işləməyinə kömək edir: “Payız və qış aylarında ot örtüyü azalır. Bu da işimizi asanlaşdırır”.

Qeyd edək ki, ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyu, yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır. Horadiz-Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari ilin 31 avqust tarixində başlayıb. Sifarişə əsasən, avtomobil yolunun 22-ci km-dən 36-cı km-dək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri, və ya 190 ha ərazisi tam olaraq mina və PHS-lərdən təmizlənib.

Qeyd olunan ərazi üzrə ANAMA tərəfindən ümumən 752 ədəd mina və partlamamış hərbi sursat olmaqla, 396 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 331 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib. Müdafiə Nazirliyi tərəfindən qeyd olunan layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 558 ha ərazi təmizlənib.

Xatırladaq ki, ANAMA Cəbrayıl rayonuna mediatur təşkil edib. Jurnalistlər Horadiz-Ağbənd avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin partlayıcı qurğulardan təmizləmə işini izləyiblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png