ONN İnformasiya Agentliyi

İmişlidə 11 min ailə qazsız qaldı – Səbəb?

İmişlidə 11 min ailə qazsız qaldı – Səbəb?
24 Dekabr 2021 - 14:31

İmişli rayon mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtoqəza nəticəsində sıradan çıxıb.

“Azəriqaz”dan  verilən məlumata görə, nəticədə 11 min abonentin qaz təchizatında fasilə yaranıb. Qəza nəticəsində qaz xəttinin üzərində olan diametri 150 və 300 mm olan siyirtmə və qaz tənzimləyici tamamilə sıradan çıxıb.

Hal-hazırda sözügedən ərazidə qaz təchizatında yaranan fasilənin tezliklə aradan qaldırılması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qəza-bərpa işlərini davam etdirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png