ONN İnformasiya Agentliyi

Keçmiş həyat yoldaşının sevgilisini öldürdü

Keçmiş həyat yoldaşının sevgilisini öldürdü
11 Mart 2022 - 12:38

Göyçayda keçmiş həyat yoldaşının sevgilisini qətlə yetirən şəxs barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

ONN media xəbər verir ki,qətldə təqsdirləndirilən Mirzəyev Fərid Rza oğlunun cinayət işinin istintaq materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icratına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası martın 14-nə təyin olunub.

Xatırladaq ki, hadisə ötən il noyabrın 16-da Göyçay rayonunun Nərimanov küçəsindəki evdə baş verib.

Fərid Mirzəyev keçmiş həyat yoldaşı S.Ağayeva ilə Vüsal arasında münasibətin olması və onların qeyri-rəsmi ər-arvad kimi yaşamasını öyrəndikdən sonra onu öldürmək qərarına gəlib. Bu məqsədlə o, özü ilə gətirdiyi bıçaqla 32 yaşlı Vüsal Məmmədova çoxsaylı zərbələr endirib. Döş qəfəsi və qarın boşluğundan öldürücü xəsarətlər alan Vüsal xəstəxanaya çatdırılısa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmıb. F.Mirzəyev hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib.

Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png