ONN İnformasiya Agentliyi

Məşhur onlayn alış-veriş saytı cərimələndi

Məşhur onlayn alış-veriş saytı cərimələndi
20 Aprel 2021 - 10:39

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquqlarının pozulmasına görə Şop.az (Shop.az) Vebtures MMC barəsində inzibati protokol tərtib edib.

ONN media  xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə) maddəsi ilə yazılan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Bu inzibati xətaya görə hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, MMC şop.az internet saytı vasitəsilə Azərbaycanın onlayn alış-veriş mərkəzi kimi fəaliyyət göstərir.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png