ONN İnformasiya Agentliyi

Narkotik vasitələr aşkar edildi

Narkotik vasitələr aşkar edildi
05 May 2022 - 15:26
Narkotik vasitələr aşkar edilib.

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil polisolan məlumat əsasında “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttində “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Lakin gömrük baxışı keçirilən zaman sürücü avtomobilin salonunu tərk edərək  postun ərazisində yerləşən müvəqqəti saxlanc anbarına tərəf qaçaraq üzərindəki bağlamanı yaxınlıqdakı otluq əraziyə tullayıb.

Yoxlama zamanı otların arasından bir ədəd yapışqanlı lentlə sarılmış bükülünün içərisində, ümumi  çəkisi 8 qram olan narkotik vasitə-tiryək və çəkisi 2 qram olan narkotik vasitə- marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png