ONN İnformasiya Agentliyi

15 aprel Abdulla Tuqayın vəfat etdiyi gündür

15 aprel Abdulla Tuqayın vəfat etdiyi gündür
15 Aprel 2024 - 10:50

Unutmayaq, unutdurmayaq!

Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı Rus sinifində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur.

Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır. Mürəttip işləmiş, “Fikir” qəzetində, “Əl-əsr əl-cədid” (“Yeni əsr”) jurnalında əməkdaşlıq etmişdir.

1905-ci ildə Kazana gəlmiş, şəhərdə cərəyan edən qiyam hərəkətlərində də iştirak etmişdir. O zamanki ədəbi-mədəni mühitin mərkəzində yetkinləşmişdir. Kamal Əliəsgər ilə birlikdə “Yaşen” (“İldırım”, 1908-1909) jurnalını buraxmış, 1910-cu ildən “Yalt-Yult” (“Şəfəq”) jurnallarında işləmişdir.

Yaradıcılığına Molla Nəsrəddin jurnalının, Mirzə Ələkbər Sabir satirasının güclü təsiri olmuşdur. Nəriman Nərimanov Həştərxanda sürgündə olarkən, 1911-ci ildə bura gəlmiş Abdullah Tuqay ilə tanış olmuş və dostlaşmışlar. N.Nərimanov cavan ikən vərəm xəstəliyinə tutulmuş böyük tatar şairi Abdulla Tuqayın ilk həkimi olub.

Şeirləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə edilmişdir.

15 aprel 1913-cü ildə 26 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.

TÜRKSOY-un Nazirlər Şurasının mayın 19-22-də Moldovanın Qaqauz Yeri Muxtar Vilayətində keçirilmiş 27-ci toplantısında 2011-ci il tatar şairi “Abdulla Tuqay ili” elan edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png