ONN İnformasiya Agentliyi

Bakıda məktəbdə DƏHŞƏT: 7-ci sinifdə oxuyan qız…

Bakıda məktəbdə DƏHŞƏT: 7-ci sinifdə oxuyan qız…
02 Aprel 2024 - 10:59

Bakıda yerləşən 23 saylı məktəbdə 7-ci sinif şagirdi olan qız sinif yoldaşı olan oğlanı bıçaqlayıb.

ONN media-nın məlumatına görə, qız oğlana boğaz nahiyyəsindən xəsarət yetirib.

Bu hadisə övladları həmin məktəbdə təhsil alan valideynlərin narahatlığına səbəb olub.

Valideynlərin sözlərinə görə, hadisəyə səbəb onlar arasında yaranan mübahisə olub.

Valideynlərin əksəriyyəti mikrofona danışmaqdan imtina etslərə də, şifahi olaraq narahatlıqlarını dilə gətirdilər. Lakin hələlik məktəbdən valideynlərə heç bir dəqiq informasiya verilməyib.

Məsələyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi münasibət bildirib.

Agentlikdən qeyd olunub ki, hadisə ilə bağlı məlumatlıdırlar. Agentliyin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da həmin təhsil müəssisəsində olublar.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, faktla bağlı araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png