ONN İnformasiya Agentliyi

Qəribə hadisə: məhkəmə “qatil” qoç barəsində həbs qərarı çıxardı

Qəribə hadisə: məhkəmə “qatil” qoç barəsində həbs qərarı çıxardı
25 May 2022 - 10:59

Məhkəmə yaşlı qadını vurub öldürən qoç barəsində 3 il həbs cəza qərarı çıxarıb.

Hadisə Cənubi Sudanın Rumbek şəhərində baş verib.

Belə ki, şəhər məhkəməsi yaşlı qadını vuraraq öldürən qoçu üç il həbs cəzasına məhkum edib. 

“Qətli” törədən qoyun hadisədən sonra Rumbek polisi tərəfindən saxlanılıb. Məlumata görə, qoçun yaşlı qadını dünyasını dəyişənədək çoxsaylı kəllə vurub. 

Qoçla yanaşı, onun  sahibi də cəzalandırılıb. Məhkəmə ona qohumunun ölümünə görə təzminat kimi zərərçəkənin ailəsinə beş baş inək verməyi tapşırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png