ONN İnformasiya Agentliyi

Qarabağdan nə qədər erməni cəsədi tapıldı? – SON RƏQƏM

Qarabağdan nə qədər erməni cəsədi tapıldı? – SON RƏQƏM
25 Yanvar 2021 - 11:25

Dağlıq Qarabağda gedən son döyüşlərin ərazisində erməni hərbi qulluqçularının cəsədlərinin axtarışı davam edir.

ONN media   xəbər verir ki, 24 yanvar tarixində aparılan axtarış-xilasetmə işləri zamanı biri Füzuli, digəri Ağoğlan qəsəbəsinin Tumi kəndində olmaqla, 2 cəsəd tapılıb.

Onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Xilasetmə qrupları 13 noyabr 2020-ci il tarixindən 2021-ci il yanvarın 24-dək, ümumilikdə, 1283 cəsəd aşkarlayıb.

Axtarışlar bu gün Füzuli, Cəbrayıl bölgələrində, Ağoğlan qəsəbəsində, eləcə də Suqovuşan istiqamətində aparılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png