ONN İnformasiya Agentliyi

Rusiya Telman İsmayılovun Moskvaya təhvil verilməsində israr edir

Rusiya Telman İsmayılovun Moskvaya təhvil verilməsində israr edir
17 Noyabr 2021 - 16:23

Rusiyanın Monteneqrodakı səfirliyi Rusiya Federasiyası Baş Prokurorluğunun iş adamı Telman İsmayılova sığınacaq verilməsi qərarının ləğvi ilə bağlı müraciətini Monteneqro tərəfinə təqdim edib.

“Rusiya Baş Prokurorluğundan daxil olan sənədlər Monteneqro tərəfinə verilib”, – Rusiya Federasiyasının Monteneqrodakı diplomatik nümayəndəliyindən verilən açıqlamada qeyd olunub.

Daha əvvəl isə Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinə iş adamı Telman İsmayılova siyasi sığınacaq verilməsi ilə bağlı qərarın ləğvi barədə vəsatətlə müraciət göndərdiyini açıqlamışdı.

Qeyd edək ki, Rusiya Baş prokurorluğu iş adamının cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Monteneqrodan bu ölkəyə təhvil verilməsini tələb edib.

Rusiyada qətl və insan oğurluğunda ittiham olunan biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq almasına səbəb Sürix prokurorluğunun onun barəsində çirkli pulların yuyulması ilə bağlı işi bağlaması olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png